"Atalanta" hücumçusu Ademola Lukmanı mövsümün sonuna qədər heyətində saxlamağı planlaşdırır və yalnız yüksək məbləğ qarşılığında onun gedişini nəzərdən keçirməyə hazırdır.
Postxronika.az xəbər verir ki, "Calciomercato"nun məlumatına əsasən, İtaliya klubu nigeriyalı futbolçu üçün ən azı 40 milyon avro tələb edir. Daha əvvəl "Fənərbaxça"nın oyunçu ilə yaxından maraqlandığı və yüksək maaş təklif etdiyi bildirilsə də, Berqamo təmsilçisi icarə variantını rədd edərək tam satışda israrlıdır. Cari mövsümdə bütün turnirlərdə 16 matça çıxan forvard 3 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, "Transfermarkt"da bazar dəyəri 35 milyon avro olan Lukmanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.