"Barselona"nın 18 yaşlı yarımmüdafiəçisi Pedro Fernandez karyerasını Fransa nəhəngi PSJ-də davam etdirməyə çox yaxındır.
Postxronika.az xəbər verir ki, məşhur insayder Fabrizio Romanonun məlumatına görə, Paris təmsilçisi İngiltərə və Almaniya klublarını qabaqlayaraq futbolçu ilə şifahi razılıq əldə edib. Baş məşqçi Luis Enrikenin də şəxsən iştirak etdiyi bu transfer üçün fransızlar 6 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdırlar. Kataloniya klubunun yetirməsi olan və 2025-ci ildə əsas heyətə yüksələn Pedro "blauqrana" forması ilə keçirdiyi 5 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.