PSJ-nin baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Paris təmsilçisindən ayrılaraq "Real"ın sükanı arxasına keçə bilər.
Postxronika.az xəbər verir ki, "Topskills Sports UK"un məlumatına görə, ispaniyalı mütəxəssis transferlər və idman qərarları üzərində tam nəzarət verilməsi şərtilə "Kral klubu"na rəhbərlik etməyə müsbət yanaşır. Vaxtilə "Barselona" ilə Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanan çalışdırıcı, hazırda Fransa klubunda da qazandığı kuboklarla uğurlu seriyasını davam etdirir. La Liqaya qayıtmağı ciddi şəkildə nəzərdən keçirən Enrike daha əvvəl "Roma", "Selta" və İspaniya millisindəki fəaliyyəti ilə də tanınıb.