Paytaxtın müxtəlif istiqamətlərində oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Postxronika.az xəbər verir ki, Sabunçu rayonunda avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov saxlanılıblar.
Binəqədi rayonunda yerləşən bir obyektdən 700 manatlıq tikinti alətləri və məişət avadanlıqları talayan 36 yaşlı V.Klimaşkin və əvvəllər məhkum edilmiş 33 yaşlı Ə.Rəhimli də tutularaq istintaqa cəlb olunublar. Eyni rayonda fərdi yaşayış evindən 2100 manat nağd pul və 700 manat dəyərində qızıl zinət əşyaları oğurlayan 24 yaşlı N.Sadıqova da polis tərəfindən ələ keçirilib.
Hazırda faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.