İsrailin Müdafiə Naziri Yisrael Katz atəşkəs qüvvəyə mindikdən sonra da Qəzza Zolağında 2 500-dən çox binanın dağıdılmasını həyata keçirən İsrail ordusunu tərifləyib
Postxronika.az xəbər verir ki, o, ABŞ mərkəzli "X" şirkətinin sosial media hesabında paylaşım edərək, ordunun dağıntıları davam etdirdiyini qeyd edib. Katz Baş nazir Binyamin Netanyahunun göstərişi ilə atəşkəsdən sonra hücumların davam etdiyini etiraf edib və hədəfə alınan binaların altında tunellərin olduğunu iddia edib.
O, İsrailin həm yaxın, həm də uzaq təhlükələrə qarşı təhlükəsizliyini qoruyacağını bildirib. "The New York Times" xəbər verir ki, dağıntılar yalnız əvvəlki zədələnmiş binalarla məhdudlaşmayıb, qismən qalmış məhəllələr də tamamilə yerlə-yeksan edilib. Hamas isə Katz’ın açıqlamalarını beynəlxalq hüquqa və humanitar normalara qarşı misli görünməmiş təcavüz kimi qiymətləndirib.