Türkiyədə hava limanlarındakı uçuş zolaqlarının uzunluğu artırılıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Uraloğlu 2002-ci ildə 149 kilometr olan sivil aviasiya zolaqlarının uzunluğuna 92,4 kilometr əlavə edilərək bu göstəricinin 241,4 kilometrə çatdığını açıqlayıb 

Postxronika.az xəbər verir ki, O bildirib ki, bu uzunluq Ankara ilə Çorum arasındakı məsafəyə bərabərdir. Uraloğlu 2002-ci ildə 26 aktiv hava limanı olduğunu, passiv vəziyyətdə olan 16 hava limanını yeniləyərək və 16 yeni hava limanı inşa edərək sayını 58-ə çatdırdıqlarını qeyd edib. Nazir Türkiyənin strateji mövqeyini nəzərə alaraq qlobal və bütöv yanaşma ilə nəqliyyat strategiyalarını planlaşdırdıqlarını vurğulayıb. 

Həmçinin, 2003-cü ildə 81 olan hava nəqliyyatı sazişlərinin sayının 175-ə, xarici uçuş nöqtələrinin isə 60-dan 356-ya yüksəldiyini bildirib. Uraloğlu İstanbul Hava Limanının 84,5 milyon sərnişinə xidmət etdiyini və beləliklə ölkənin aviasiya sahəsində rekord göstəricilərə imza atdığını qeyd edib.