ABŞ Prezidenti Donald Tramp Prezident Ərdoğanı Qəzza Sülh Şurasında təsisçi üzv kimi iştirak etməyə dəvət edib 

Postxronika.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2803 saylı qərarı çərçivəsində ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Qəzza Münaqişəsini Bitirmək üzrə Əhatəli Planı dəstəkləmək qərarının xatırladıldığını bildirib. 

O qeyd edib ki, bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin olunmasından və yenidən qurulmasından məsul olacaq Sülh Şurası və onun orqanları yaradılıb. Duran əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp 16 yanvar 2026-cı il tarixində Sülh Şurasının təsisçi sədri qismində bir məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanın Sülh Şurasında təsisçi üzv kimi iştirak etməyə dəvət edilib.