Suriya ordusu Fərat çayının şərqində, Rəqqə şəhər mərkəzinin sıfır nöqtəsinə qədər uzanan yeni hərbi bölgə elan edərək əməliyyatlarını genişləndirmə siqnalı verdi

Postxronika.az xəbər verir ki, Suriya dövlət televiziya kanalı El-İhbariyyenin məlumatına görə, ordunun Fəratın qərbindəki ərazini bağlı hərbi zona kimi elan etməsi YPG terror təşkilatının qüvvələrini hədəfə alması ilə bağlıdır. Hərbi zonanın xəritəsi də yayımlanıb və burada ərazinin Rəqqə mərkəzinə qədər çatdığı göstərilir. Ordu sakinləri PKK, keçmiş rejimin qalıqları və YPG mövqelərindən dərhal uzaqlaşmağa çağırıb. 

Ötən ay başlanan əməliyyat çərçivəsində Deyr Hafir və Meskene daxil olmaqla bir sıra ərazilər ordunun nəzarətinə keçib. İrəliləyən qüvvələr, həmçinin Rəqqənin cənub-qərb ucundakı Dibsi Afnan bölgəsini də ələ keçirərək mövqelərini möhkəmləndirir