İranda baş verən etirazlarda 3 min 90 nəfər həyatını itirib 

Postxronika.az xəbər verir ki, İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin məlumatına görə, ölkənin müxtəlif bölgələrində 2 min 55 nəfər yaralanıb, 22 min 123 nəfər isə saxlanılıb. Ölkə hakimiyyəti hələlik ölən və yaralananların dəqiq sayını açıqlamayıb, yalnız hadisələri təşviq etdikləri iddia olunan 3 min nəfərin saxlandığını bildirib.

Etirazlar 28 dekabr 2025-ci ildə Tehranda yerli valyutanın dəyər itirməsi və iqtisadi çətinliklər səbəbindən başlayıb və bir çox şəhərə yayılıb. 8 yanvarda Tehranda baş verən şiddətli hadisələrdən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb