Sumqayıt şəhərində gecə saatlarında iki ticarət obyektindən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək tutulub.

Postxronika.az xəbər verir ki, əvvəllər məhkumluq həyatı yaşamış 32 yaşlı A.Xəlilov cinayət izlərini itirmək məqsədilə mağazaların birindən kamera görüntülərini də götürüb. Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin keçirdiyi uğurlu əməliyyat nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılaraq istintaqa cəlb olunub. 

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.