Trendyol Süper Liqasının 18-ci turunda "Qalatasaray" öz meydanında "Qaziantep FK"nı qəbul etdi.

Qarşılaşmanın ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib və komandalar fasiləyə qolsuz bərabərliklə yollandılar.

Oyunun 73-cü dəqiqəsində qonaqların hücumçusu Məhəmməd Bayo İstanbul təmsilçisinin qapısına yol taparaq hesabı açdı. Məğlubiyyətdən qaçmaq üçün irəli atılan "sarı-qırmızılar" 84-cü dəqiqədə Barış Alper Yılmazın qolu ilə hesabı bərabərləşdirdilər. Bu qol həm də matçın yekun nəticəsini müəyyənləşdirib: 1-1.

Qeyd edək ki, "Qalatasaray" hazırda 43 xalla turnir cədvəlinə liderlik edir.


Hüseyn Rəşadoğlu