Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-nin Qrenlandiya məsələsinə görə Avropa ölkələrinə tətbiq etdiyi tariflərə sərt reaksiya verib.
Postxronika.az "Azərtac"a istinadən xəbər verir ki, Baş nazir NATO müttəfiqlərinə qarşı belə iqtisadi təzyiqlərin qəbulolunmaz olduğunu və məsələnin birbaşa Vaşinqtonla müzakirə ediləcəyini bildirib. Starmer vurğulayıb ki, Qrenlandiyanın gələcəyi yalnız Danimarka Krallığı və ada xalqının qərarından asılıdır.
Arktikanın təhlükəsizliyinin bütün NATO üçün strateji əhəmiyyət kəsb etdiyini deyən Baş nazir, Rusiyadan gələn təhdidlərə qarşı birgə müdafiənin vacibliyini qeyd edib.
O, kollektiv təhlükəsizlik naminə addım atan müttəfiqlərin cəzalandırılmasını "tamamilə yanlış" addım kimi xarakterizə edib. Britaniya hökuməti bu gərginliyin hərbi alyansın daxili birliyinə zərər verməməsi üçün diplomatik səylərini artıracağını bəyan edib.