ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planına Qərb müttəfiqlərinin etiraz etməsi halında onlara qarşı ticarət təzyiqləri tətbiq edəcəyi ilə bağlı bəyanatları beynəlxalq aləmdə ciddi narahatlıq doğurub
Postxronika.az xəbər verir ki, analitiklər bu yanaşmanı Ağ Evin ən yaxın tərəfdaşlarına qarşı misli görünməmiş iqtisadi təhdid kimi qiymətləndirir və bunun NATO ilə Qərb alyansının birliyinə zərbə vura biləcəyini bildirirlər. Mütəxəssislərin fikrincə, müttəfiqin ərazisini ələ keçirməklə bağlı açıq təzyiq cəhdləri dünya siyasətində təhlükəli presedent yaradır və ABŞ-da qərar qəbuletmə mexanizmlərinə dair suallar doğurur.
Bu fonda Kanada ABŞ-la ticarətdə itkilər yaşasa da, digər ölkələrlə əməkdaşlığı genişləndirərək bu boşluğu kompensasiya etməyə nail olub. Trampın hədələri xüsusilə G7 və NATO ölkələrinin liderlərinin qatılacağı Dünya İqtisadi Forumundan öncə səsləndirildiyi üçün əlavə diqqət çəkir.