Suriyanın Hələb vilayətinin şərqində yerləşən Deyr Hafir bölgəsində YPG terror təşkilatının geri çəkilməsindən sonra mülki əhali doğma yurdlarına qayıtmağa başlayıb
Postxronika.az xəbər verir ki, ailələr soyuq hava və yağışa baxmayaraq əşyalarını yük maşınları və traktorlarla daşıyaraq konvoylar halında evlərinə dönür.
Bölgə sakinləri uzun müddət davam edən təhlükəsizlik təhdidinin sona çatmasını sevinclə qarşıladıqlarını bildiriblər. Yerli əhalinin sözlərinə görə, terror təşkilatı mülki şəxsləri canlı qalxan kimi istifadə edərək bölgədə sabitliyi pozmağa çalışıb. Suriya ordusu Deyr Hafir və ətraf ərazilərdə tam nəzarətin təmin edildiyini açıqlayıb. Qayıdan ailələr dağıntılara baxmayaraq yeni həyata ümidlə başladıqlarını vurğulayıblar.