İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Tomas Frankın tutduğu vəzifədən göndərilmə ehtimalı kəskin şəkildə yüksəlib.
Postxronika.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano mütəxəssisin gələcəyinin böyük sual altında olduğunu bildirib. Premyer Liqanın son turunda "Vest Hem"ə qarşı alınan 1:2 hesablı məğlubiyyət vəziyyəti daha da gərginləşdirib. Rəhbərliyin bu yaxınlarda Con Heytinqanı məşqçilər korpusuna cəlb edərək nümayiş etdirdiyi dəstək jesti də nəticəsiz qalıb. Hazırda klub daxilində intensiv müzakirələr gedir və danimarkalı çalışdırıcının mövqeyi olduqca kritikdir. İnsayderin sözlərinə görə, londonluların rəhbərliyi məsələ ilə bağlı yaxın saatlarda qəti qərarını açıqlayacaq.