İngiltərənin "Mançester Yunayted" klubu "Yuventus"un mərkəz müdafiəçisi Pyer Kalulunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Postxronika.az xəbər verir ki, İtaliya mətbuatı ("Calciomercato") turinlilərin 25 yaşlı futbolçu ilə vidalaşmaq üçün təxminən 30 milyon avro tələb etdiyini yazıb. "Qırmızı şeytanlar" bu məbləği ödəməyə hazır olsalar da, keçid uğrunda "Aston Villa" və "Tottenhem"lə ciddi rəqabət aparmalı olacaqlar. Bildirilir ki, "Qoca Sinyora" Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə, maliyyə balansını qorumaq üçün aparıcı oyunçusunu satmaq məcburiyyətində qalacaq. Qeyd edək ki, cari mövsümdə 28 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan fransız müdafiəçinin klubla müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.