"Barselona" futbol akademiyasının yetirməsi Andres Kuenka karyerasını İtaliya A Seriyasında davam etdirməyə çox yaxındır.
Postxronika.az xəbər verir ki, məşhur insayder Nikolo Şira gənc mərkəz müdafiəçisinin Sesk Fabreqasın çalışdırdığı "Komo" klubuna keçməyə razılıq verdiyini açıqlayıb. Kataloniyalılar perspektivli oyunçunu tamamilə itirməmək üçün müqaviləyə geri alma bəndini daxil etməyi planlaşdırırlar. Əsas komandada debütü 2024-cü ildə Çempionlar Liqasının "Yanq Boyz"la oyununa təsadüf edən Kuenka cari mövsüm aşağı yaş qruplarında 9 matçda iştirak edib. Qeyd edək ki, "Barselona"nın sabiq ulduzunun rəhbərlik etdiyi "Komo" hazırda İtaliya çempionatında altıncı pillədə qərarlaşıb.