"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise Bundesliqada "RB Leypsiq"ə qarşı keçirilən və 5:1 hesablı qələbə ilə bitən oyunun əsas qəhrəmanı olub.

Postxronika.az xəbər verir ki, fransız futbolçu 56-cı dəqiqədə meydana daxil olaraq qısa müddətdə üç məhsuldar ötürmə edib və 88-ci dəqiqədə özü də fərqlənməyi bacarıb. Opta-nın məlumatına görə, o, ehtiyatdan oyuna qoşularaq üç asist edən ikinci oyunçu kimi Frank Riberinin 2019-cu ildəki rekordunu təkrarlayıb. Cari mövsüm çempionatda 18 matça çıxan Olise aktivinə 10 qol və 13 ötürmə yazdırıb.