Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Ankara Esenboğa Hava Limanının 3-cü uçuş zolağı, yeni hava nəzarət qülləsi və tamamlayıcı obyektləri sabah təşkil olunacaq mərasimlə istifadəyə veriləcək

Postxronika.az xəbər verir ki, nazir açıqlamasında qeyd edib ki, layihənin birinci mərhələsi prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təqdim olunacaq. Yeni 3-cü uçuş zolağı 3 750 metr uzunluğunda, hava nəzarət qülləsi isə 77 metr hündürlüyündədir.

Hava limanında həmçinin yeni texniki bloklar, kargo apronu, taksi yolları və uçuş nəzarət hangarları tikilib. Tamamlanmış layihə ilə limanın illik sərnişin tutumu 20 milyondan 30 milyon nəfərə yüksələcək. Uraloğlu bildirib ki, modern infrastruktura malik bu yenilik başkentin və ölkənin qlobal aviasiya mərkəzi statusunu gücləndirəcək.