Suriya ordusunun terror təşkilatı YPG/SDG-yə qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Rakka vilayətinin strateji əhəmiyyətli Təbqa rayonu nəzarətə götürülüb.
Postxronika.az xəbər verir ki, hökumət qüvvələri Rakka şəhər mərkəzinə 5 kilometrliyə qədər yaxınlaşaraq irəliləyişini davam etdirir. Terrorçular Təbqadan geri çəkilərkən həbsxanalardakı əsirləri edam edib, körpüləri və su xətlərini sıradan çıxararaq infrastruktura ciddi ziyan vurublar.
Eyni zamanda, Deyrizor vilayətində yerli ərəb tayfaları terror təşkilatına qarşı üsyan qaldıraraq strateji obyektləri ələ keçiriblər. Tayfa gücləri ABŞ-nin keçmiş hərbi bazalarının yerləşdiyi Ömər neft və Kuniko təbii qaz sahələrini tam nəzarətə götürdüklərini bəyan ediblər.
Hazırda Fərat çayının şərqindəki bir çox kənd və qəsəbədə terrorçuların mövqeləri sarsılıb və bölgədə hərbi balans tayfaların xeyrinə dəyişməkdədir.