Havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyaları sürətlə yayılmağa başlayıb. 


Postxronika.az xəbər verir ki, mütəxəssislər hazırda dövriyyədə olan H3N2 virusunun 1918-ci ilin ölümcül "İspan qripi"nin mutasiyaya uğramış forması olduğunu bildirirlər. 


Yüksək hərarət, şiddətli əzələ ağrıları və boğucu öskürəklə müşahidə olunan bu ştam klassik qripə nisbətən daha aqressiv yayılma xüsusiyyətinə malikdir.


İnfeksionist Prof. Dr. Mehmet Ceyhan qeyd edib ki, hazırda qrip mövsümünün pik nöqtəsindəyik və peyvəndlər təxminən 50-60% qoruyuculuq təmin edir. Xüsusilə 65 yaşdan yuxarı şəxslər, uşaqlar və hamilələr üçün riskin daha yüksək olduğu vurğulanır. 


Mütəxəssislər qapalı və izdihamlı məkanlarda maskadan istifadə etməyi, həmçinin şəxsi gigiyena qaydalarına ciddi riayət olunmasını tövsiyə edirlər. Pandemiya riskinə qarşı vaxtında görülən profilaktik tədbirlər xəstəliyin ağırlaşmalarının qarşısını alan əsas amildir.