Avropa
insan haqları məhkəməsi Biritaniyanın verdiyi qərarı araşdırır.
Postxronika.az
xəbər veriri ki, iddia 2019-cu ildə Şamima Bequmu vətəndaşlıqdan
çıxarlımasıdır.
2015-ci
ildə, Bequm, Londondakı evini tərk edəndə 15 yaşında məktəbli olub. O, iki rəfiqəsi
ilə birlikdə İŞİD-in nəzarətindəki ərazilərə yollanıb. Burada bir İŞİD
döyüşçüsünə "ərə verilib". Nikahdan üç övladı dünyaya gəlsə də,
onların hamısı körpə ikən vəfat edib.
2019-cu
ildə Britaniyanın keçmiş daxili işlər naziri Sacid Cavid milli təhlükəsizlik səbəbi
ilə Begumun vətəndaşlığını ləğv edib. Qərar hazırkı hökumət tərəfindən dəstəklənir.
Bequmun vəkilləri isə onun uşaq alveri qurbanı olduğunu iddia edirlər. Hazırda
26 yaşı olan Bequm Suriyadakı qaçqın düşərgəsində vətəndaşlığı olmayan şəxs
statusundadır.
Avropa
Məhkəməsi tərəfindən bu ay dərc olunan sənəd təsdiqləyir ki, Bequm Cavidin qərarına
qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 4-cü maddəsi (köləliyin və məcburi
əməyin qadağan olunması) əsasında iddia qaldırıb.
Daxili İşlər
Nazirliyinin sözçüsü isə milli təhlükəsizliyi qorumaq üçün verilən hər bir qərarın
müdafiə olunacağını bildirib: "Hökumət
hər zaman Britaniyanı və vətəndaşlarını qoruyacaq. Milli
təhlükəsizliyə təhdid yaradan Şamima Bequmun vətəndaşlığının ləğv edilməsinin və
geri qayıda bilməməsinin səbəbi budur".