Suriya ordusu YPG terror qruplaşmasına qarşı əməliyyat çərçivəsində Fərat çayının qərb sahilində Rakka şəhər mərkəzinin girişinə 5 kilometr yaxınlaşıb. 13 yanvarda başlayan əməliyyatla ordunun Deyr Hafir və Meskene bölgələrinə nəzarət etdiyi bildirilib 

Postxronika.az xəbər verir ki, Meskene istiqamətindən irəliləyən qüvvələr Rakka vilayətinin cənub-qərbindəki Dibsi Afnan ərazisini də ələ keçirib və ətraf müdafiəni gücləndirib. 

Tabka şəhərində şiddətli döyüşlər baş verib, YPG qüvvələrinin konvoylarla geri çəkildiyi qeyd olunub. Əməliyyat Fərat çayının qərb sahəsində davam edir və şəhər mərkəzinə yaxınlaşma sürətlənib. Suriya ordusu strateji mövqelərin ələ keçirilməsinə fokuslanıb.