MHP başçısı Dövlət Baxçəli Suriya ordusunun SDG üzərindəki üstünlüyünü və Şam rəhbərliyinin ölkənin bütün ərazisində nəzarəti bərpa etmək əzmini vurğulayıb
Postxronika.az xəbər verir ki, o 10 Mart 2025-ci il mutabakatının SDG-nin silahlı varlığının sona çatdırılması və dövlət strukturlarına inteqrasiyası baxımından dönüş nöqtəsi olduğunu qeyd edib. Baxçəli bildirib ki, SDG liderliyi özerklik və federasiya tələblərini davam etdirərək prosesi ləngidir. Suriya ordusunun Rakka və ətraf bölgələrdə irəliləməsi yerli aşiret və əhalinin Şam tərəfini dəstəklədiyini göstərir. SDG-nin uzun müddət zorla mövcudluğu davam etdirməsinin mümkün olmadığı vurğulanıb. MHP başçısı Türkiyənin Suriya vahidliyini dəstəkləyən mövqeyinin prosesə mühüm təsir göstərdiyini əlavə edib.