Suriya ordusu və yerli aşirət birlikləri Rakka şəhər mərkəzini terror təşkilatı YPG-dən böyük ölçüdə azad edib 

Postxronika.az xəbər verir ki, əhali və aşirət qüvvələrinin başlatdığı üsyan nəticəsində YPG-yə aid mövqelər ələ keçirilib və şəhərin strateji nöqtələri nəzarətə alınıb. Şəhərdəki təhlükəsizlik məntəqələri və dövlət binaları ordunun və təhlükəsizlik qüvvələrinin kontroluna keçib. 

Azadlıqdan sonra yerli inzibati strukturların fəaliyyətinin bərpası üçün işlər başlanıb. Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nureddin əl-Baba təhlükəsizliyin təmin edildiyini və əhalinin hökumət qüvvələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Həmçinin yeni polis məntəqələrinin və təhlükəsizlik mərkəzlərinin tezliklə fəaliyyətə başlayacağı bildirilib.