Lənkəran–Lerik avtomobil magistralında qarlı hava şəraiti ilə əlaqədar intensiv təmizləmə işləri həyata keçirilir.
Postxronika.az xəbər verir ki, əraziyə cəlb olunan xüsusi texnika və canlı qüvvə vasitəsilə yolun hərəkət hissəsi qardan təmizlənərək buzlaşmanın qarşısı alınır. Görülən zəruri tədbirlər sayəsində yolun açıq qalması və nəqliyyat vasitələrinin təhlükəsiz, fasiləsiz hərəkəti təmin edilir.