Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elməddin Xıdırov saxlanılıb.
Postxronika.az xəbər verir ki, onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı 1 kiloqrama yaxın marixuana, həmçinin "AK-103" markalı avtomat silahı, ona aid 30 ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni və odlu silahı Ağdərə rayonu ərazisindən taparaq qanunsuz olaraq özündə saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.