Cənubi İspaniyada yüksək sürətli iki qatarın toqquşması nəticəsində faciə baş verib.
Postxronika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Malaga–Madrid marşrutu üzrə hərəkət edən qatar relsdən çıxaraq qarşı yola çıxıb. Bu zaman qarşıdan gələn digər qatarla toqquşma baş verib və ikinci qatar da relsdən çıxıb. Hadisə nəticəsində 21 nəfər həyatını itirib, təxminən 100 nəfər yaralanıb.
Qeyd edək ki, yaralılardan 25 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.