Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.
Postxronika.az xəbər verir ki, ziyarət zamanı 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb. Vətənimizin azadlığı, suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəman vətəndaşlarımızın xatirəsi böyük hörmət və ehtiramla yad olunub.