Almaniya Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun bu gün Qrenlandiyanı tərk edəcəyi açıqlanıb
Postxronika.az xəbər verir ki, geri çəkilmə qərarı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı hədələyici bəyanatları və bölgəni “milli təhlükəsizlik” məsələsi kimi təqdim etməsindən sonra yaranan gərginlik fonunda qəbul olunub. Tramp ABŞ-nin “milli təhlükəsizlik məqsədilə Qrenlandiyaya ehtiyac duyduğunu” və bunun “Altın Qübbə layihəsi üçün həyati əhəmiyyət daşıdığını” bildirmişdi. Danimarka Krallığının tərkibində muxtar statusa malik olan Qrenlandiya isə Vaşinqtondan gələn, suverenliyin ötürülməsini də nəzərdə tutan təklifləri rədd edib.
Bu proseslər fonunda Danimarka müttəfiqləri ilə birlikdə bölgədə hərbi əməkdaşlığın genişləndirilməsinə çağırış edib və bir sıra Avropa ölkələri Qrenlandiyaya kiçik hərbi kontingentlər göndərəcəklərini bəyan ediblər. ABŞ Prezidentinin Qrenlandiya məsələsinə görə 8 Avropa ölkəsinə qarşı gömrük rüsumları tətbiq edəcəyini açıqlaması isə tərəflər arasında diplomatik qarşıdurmanı daha da dərinləşdirib.