Suriya ordusu Münbiçin cənub-qərbində yerləşən və YPG terror qruplaşmasının nəzarətində olan Tişrin bəndini nəzarət altına alıb 

Postxronika.az xəbər verir ki, hərbi hissələrin həyata keçirdiyi əməliyyat nəticəsində bənd ərazisində tam nəzarət təmin olunub. Məlumata görə, YPG silahlıları mövqelərini tərk edərək ərazidən geri çəkilməyə başlayıblar. Yanvarın 15-i axşam saatlarında başlayan əməliyyat zamanı bənd ətrafında zaman-zaman şiddətli toqquşmalar qeydə alınsa da, əvvəlki mərhələdə mövqelərdə ciddi dəyişiklik baş verməmişdi. Nəticə etibarilə aparılan hərbi tədbirlər Suriya ordusunun üstünlüyü ilə yekunlaşıb.