İspaniyanın Kordoba vilayətinə bağlı Adamuz qəsəbəsi yaxınlığında iki sürətli qatarın iştirakı ilə ağır qəza baş verib
Postxronika.az xəbər verir ki, Malaga–Madrid istiqamətində hərəkət edən qatarın üç vaqonu relsdən çıxıb və qarşı xətlə Huelva istiqamətinə gedən başqa bir qatar bu səbəbdən manevr edərkən bəzi vaqonları aşıb. İspaniyanın rəsmi EFE agentliyinin məlumatına əsasən, birinci qatarda 317, ikinci qatarda isə 100 sərnişin olub. Qəza nəticəsində 21 nəfərin həlak olduğu, çoxsaylı yaralıların olduğu bildirilir. Hadisə yerinə mobil reanimasiya briqadaları göndərilib, Adamuzda səhra hospitalı qurulub və hərbi fövqəladə yardım bölməsindən 37 hərbçi cəlb olunub. Madrid–Malaga marşrutu üzrə hərəkət edən qatarın relsdən çıxma səbəbi ilə bağlı araşdırma aparılır.