Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən qurulmasına nəzarət edəcək “Sülh Şurası”na qoşulmağa dəvət edildiyi açıqlanıb
Postxronika.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, dəvət Putin administrasiyasına diplomatik kanallar vasitəsilə çatdırılıb. Peskov hazırda Kreml rəhbərliyinin sözügedən təklifi nəzərdən keçirdiyini bildirib. Qeyd olunub ki, qərar müvafiq qiymətləndirmələr aparıldıqdan sonra açıqlanacaq.