Həmas İsrail həbsxanalarında saxlanılan fələstinlilərin insanlıqdan kənar şəraitdə yaşadığını və bunun tam anlamıyla bir insanlıq cinayəti olduğunu bildirib
Postxronika.az xəbər verir ki, yazılı açıqlamada qeyd olunub ki, həbsxanalardakı fələstinlilər sistematik işgəncə, pis rəftar və ağır həyat şərtləri ilə üzləşir. Məlumata görə, onlara qarşı fiziki və psixoloji təzyiq, qəsdən tibbi laqeydlik, ailə ziyarətlərinin məhdudlaşdırılması və aclıq tətbiq olunur. Həmas beynəlxalq təşkilatları və insan haqları qurumlarını İsrailin qanunsuz hərəkətlərini dayandırmağa və həbsxanaları sərbəst şəkildə yoxlamağa çağırıb. Fələstinli mənbələrə görə, İsrail həbsxanalarında 9 mindən çox fələstinli saxlanılır və bunların 3 mindən çoxu “idarəedici həbsdə”dir. Son dövrdə buraxılanlar ağır şərait və işgəncələr səbəbindən ciddi psixoloji problemlər yaşadıqlarını bildiriblər.