İranın müxtəlif şəhərlərində baş verən etirazlar zamanı 24 669 nəfər saxlanılıb, 3 919 nəfər isə həyatını itirib

Postxronika.az xəbər verir ki, HRANA-nın məlumatına görə, nümayişlər 28 dekabr 2025-ci ildə Tahranda yerli valyutanın dollar qarşısında kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbindən başlayıb. Təhlükəsizlik qüvvələri etirazları yatırmaq üçün interneti məhdudlaşdırıb, son günlər isə şəbəkə məhdud şəkildə bərpa olunub. İran hakimiyyəti ölü və yaralananların sayını açıqlamayıb, amma 3 min nəfərin “terrorçu və provokator” kimi saxlandığını bildirib. Nümayişlərin sönməsinə baxmayaraq, HRANA əlavə hadisələri təsdiqləyərək statistikanı yeniləyir. İran lideri Ayətullah Əli Hamaney isə etirazlar zamanı xarici qüvvələrin rol oynadığını iddia edib.