AK Parti sədr müavini və sözçüsü Ömər Çelik “Terrorsuz Türkiyə və terrorsuz region bir-birinə bağlı proseslərdir və ayrıla bilməz” deyib
Postxronika.az xəbər verir ki, Çelik Suriya ilə bağlı son vəziyyəti və yeni qərarnaməni şərh edərək, Suriya prezidentinin qərarnaməsində Suriyalı kürdlərin ölkə xalqının ayrılmaz hissəsi kimi qəbul edildiyini vurğulayıb. O bildirib ki, bu addım Suriya ərazisindəki bütün etnik və dini qruplara qarşı inklüziv yanaşmanın sübutudur. Çelik SDG/PYD kimi qrupların “paralel dövlət və ordu” yaratmaq cəhdlərinin ölkədə xaos və təhlükə yaratdığını qeyd edib. Onun sözlərinə görə, “terrorsuz Türkiyə və terrorsuz region” məqsədinə yönəlmiş hər hansı sabotaj cəhdləri Suriya hökumətinin əməliyyatları ilə qarşısı alınır. Çelik həmçinin bütün etnik və dini qrupların eyni hüquqlara malik olmasının vacibliyini və Suriyada vahid, inklüziv idarəçiliyin dəstəklənməli olduğunu bildirib.