Yanvarın 21-də "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı oyunu səbəbindən Bakı Metropoliteni fəaliyyətini xüsusi qrafiklə davam etdirəcək.
Postxronika.az xəbər verir ki, AFFA-nın müraciəti və böyük azarkeş marağı nəzərə alınaraq, həmin gün bütün stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmadan sonra xüsusilə "Gənclik", "28 May" və "Nərimanov" stansiyalarında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Sərnişin axınını tənzimləmək üçün ehtiyat qatarlar da hazır vəziyyətdə saxlanılacaq.