Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin həyata keçirdiyi layihələrlə həm regional, həm də qlobal səviyyədə seçilən mövqeyə çatdığını bildirib

Postxronika.az xəbər verir ki, O vurğulayıb ki, artıq hər platformada söz sahibi olan, mövqeyi və davranışı maraqla gözlənilən, izləyən yox, izlənilən bir Türkiyə mövcuddur. Prezidentin sözlərinə görə, xüsusilə Esenboğa Hava Limanı və Ankara üçün həyata keçirilən yatırımlar ölkəyə strateji dəyər qatır. Layihədə əməyi olanlara təşəkkür edən Ərdoğan bu investisiyaların havacılıqda uğur göstəricilərini daha da yüksəldəcəyini bildirib. O həmçinin 23 illik xidmət müddətində əsərlər və xidmət siyasətindən heç vaxt geri çəkilmədiklərini qeyd edib. Türkiyənin bütün sahələrdə həyata keçirdiyi layihələr və yatırımlar sayəsində regionda və dünyada nüfuzunun artdığı bildirilib.