"Real"ın ulduzu Kilian Mbappe La Liqanın 20-ci turunda "Levante" ilə görüşdə (2:0) azarkeşlərin hədəfinə çevrilən komanda yoldaşı Vinisius Juniora sahib çıxıb. Fransız forvard tribunaların braziliyalı vingeri hər toxunuşda ıslıqlamasına sərt reaksiya verib.

Postxronika.az xəbər verir ki, sosial şəbəkə hesabında həmkarını "fantastik oyunçu" adlandıran Mbappe Vinisiusun "Real"da tək olmadığını vurğulayıb. O, komanda olaraq gənc ulduzu qorumalı olduqlarını və yaşananların onun günahı olmadığını qeyd edib. Xatırladaq ki, son vaxtlar cənubi amerikalının məhz bu təzyiqlər səbəbindən "Kral klubu"ndan ayrılmaq istədiyi iddia edilir.