İtaliya A Seriyasının 21-ci turunda "Roma" "Torino" üzərində 2:0 hesablı inamlı qələbə qazanıb. Matçın qəhrəmanı hesabına bir qol və məhsuldar ötürmə yazdıran argentinalı ulduz Paulo Dibala olub.

Postxronika.az xəbər verir ki, 2022-ci ildə "Yuventus"dan paytaxt təmsilçisinə azad agent kimi qoşulan hücumçu bununla tarixi uğura imza atıb. O, son 20 ildə çempionatda 200 qol barajını keçən ilk əcnəbi futbolçu adını qazanıb.