"Bayern"in ulduz futbolçusu Harri Keyn baş məşqçi Vinsent Kompaninin komandaya aşıladığı yeni yanaşmadan söz açıb.

Postxronika.az xəbər verir ki, "Bild" nəşrinə danışan forvard belçikalı mütəxəssisin ilk gündən rəqiblərə qarşı amansız olmağı tapşırdığını bildirib. O, məşqçinin hesabdan asılı olmayaraq, daim daha çox qol vurmağı hədəflədiyini vurğulayıb. Keyn bu rəqabət hissinin məşqlərdən başlayaraq oyunlara qədər davam etdiyini diqqətə çatdırıb.