NBA rəhbərliyi Avropa layihəsini reallaşdırmaq üçün "köhnə qitə"nin futbol mədəniyyətindən və zəngin təcrübəsindən faydalanmaq niyyətindədir.
Postxronika.az xəbər verir ki, komissar Adam Silver İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted" klubları ilə təmas qurduqlarını təsdiqləsə də, BBC tərəflərin hələlik razılığa gəlmədiyini bildirib. Yeni liqanın 2027/2028 mövsümündə start götürməsi və turnirdə 16 komandanın mübarizə aparması planlaşdırılır. Yarışda yeni franşizalarla bərabər, mövcud basketbol klubları və futbol dünyasının nümayəndələrinin də iştirakı gözlənilir. Hazırda liqa rəsmiləri potensial tərəfdaşlarla danışıqları davam etdirirlər.