"Mançester Yunayted"in sabiq forvardı Ueyn Runi İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Siti"yə qarşı keçirilən derbi barədə danışıb.
Postxronika.az xəbər verir ki, "Metro" nəşrinə açıqlama verən keçmiş futbolçu "qırmızı şeytanlar"ın 2:0 hesablı qələbəsini son dövrlərin ən yaxşı oyunu adlandırıb. O, Maykl Kerrikin klubu və onun DNT-sini dərindən bildiyini vurğulayaraq, komandanın meydanda parlaq təsir bağışladığını qeyd edib. Runi sabiq komanda yoldaşının baş məşqçi kimi fəaliyyətini yüksək qiymətləndirib.