Təxminən bir il əvvəl “Lucasfilm” prezidenti Ketlin Kennedi “Star Wars” və “Indiana Jones” franşizalarının rəhbərliyindən geri çəkiləcəyi ilə bağlı yayılan söz-söhbətlər bu gün rəsmən təsdiqlənib. 14 il studiyaya rəhbərlik edən Kennedi “Lucasfilm”dəki prezidentlik vəzifəsini tərk edir. Onun yerinə şirkətin hazırkı Baş Kreativ Direktoru, Corc Lukasın “Clone Wars” dövründən yetirməsi Deyv Filoni yeni prezident təyin olunub. Ona Linven Brennan həmmüdir (co-president) kimi qoşulub.
Bu həftə Kennedy üçün Lucasfilm prezidenti kimi son həftə olsa da, təcrübəli prodüser “uzaq-uzaq qalaktika” ilə vidalaşmır. ”Star Wars”un böyük ekrana Sequel Trilogy ilə qayıdışına rəhbərlik edən, franşizanı “Disney+” dövrünə daşıyan və “Indiana Jones & The Dial of Destiny” filminin tamamlanmasında mühüm rol oynayan Kennedy prodüser kimi fəaliyyətini davam etdirəcək. Onun istehsal edəcəyi layihələr arasında “The Mandalorian & Grogu” və “Star Wars: Starfighter” filmləri var. Sonuncu layihəni o, ötən il Star Wars Celebration Yaponiya tədbirində şəxsən elan edib.
“Corc Lukas təqaüdə çıxarkən Lucasfilm-ə rəhbərlik etməyi mənə təkl nələrin gözlədiyini təsəvvür belə edə bilməzdim. On ildən ar