Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və münaqişələrin nizamlanmasına yönələn beynəlxalq təşəbbüsə Qəzza üzrə Sülh Şurasına təsisçi dövlət qismində qoşulmağa hazır olduğunu bildirib.
Postxronika.az xəbər verir ki, məlumata görə, Özbəkistan ABŞ tərəfdən rəsmi dəvət alıb. Bununla bağlı Prezident Şavkat Mirziyoyev ABŞ Prezidentinə məktub ünvanlayaraq, Daşkəndin yeni beynəlxalq formatda iştirak etməyə hazır olduğunu təsdiqləyib.“Özbəkistan Respublikasına Sülh Şurasına təsisçi dövlət kimi qoşulmaq təklif olunub. Dövlət başçımız amerikalı həmkarına cavab məktubu göndərərək, Özbəkistanın Sülh Şurasına qoşulmağa hazır olduğunu bildirib”, – məlumatda qeyd olunur.
Qeyd edək ki, prezident Mirziyoyev məktubunda bu təşəbbüsün Yaxın Şərqdə uzun illərdir davam edən münaqişələrin həlli, regionda sülh və sabitliyin təmin olunması baxımından vacib addım kimi qiymətləndirildiyini vurğulayıb.