Böyük Britaniyanın İslahat Partiyasının lideri Naycel Faraj ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə əlaqəli mümkün tarif təhdidlərindən narahat olduğunu bildirib.Farajın sözlərinə görə, o, bu narahatlıqları çərşənbə günü Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Trampın komandası ilə müzakirə etməyi planlaşdırır.
Postxronika.az xəbər verir ki, siyasətçi Trampı ilk prezident seçkilərindən əvvəl dəstəklədiyini xatırladaraq, Qrenlandiya üzərindən Böyük Britaniyaya qarşı tariflərdən istifadə edilməsini “səhv addım” kimi qiymətləndirib.