Suriya Ordusunun Əməliyyatlar Komandanlığı PKK və keçmiş rejimin qalıqları ilə əlaqəli bəzi terrorçu qrupların atəşkəs razılaşmasının icrasını pozmağa çalışdığını bildirib.

Postxronika.az xəbər verir ki,  daxil edilmiş qüvvələrə qarşı həyata keçirilən iki hücum nəticəsində üç suriyalı əsgər həlak olub, iki əsgər isə yaralanıb.