Kanada Qəzza zolağının idarə olunması ilə bağlı ABŞ-nin irəli sürdüyü sülh təşəbbüsü çərçivəsində formalaşdırılması nəzərdə tutulan Sülh Şurasına üzvlük üçün 1 milyard dollar ödəmək niyyətində deyil.

Postxronika.az xəbər verir ki, rəsmi Ottava hazırda bu quruma üzvlüklə bağlı hər hansı maliyyə tələbi ilə üzləşməyib. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın bəzi ölkələr üçün şurada daimi üzvlük müqabilində irəli sürdüyü yüksək məbləğ Kanadanın mövqeyi ilə üst-üstə düşmür.

Kanadanın Baş naziri Mark Karni daha əvvəl açıqlamasında ölkəsinin Qəzza ilə bağlı prosesləri izləmək məqsədi daşıyan Sülh Şurasına qoşulmağa razılıq verdiyini bildirsə də, üzvlük haqqı məsələsinin Ottawa üçün qəbulolunan olmadığını vurğulayıb. Onun sözlərinə görə, şuranın fəaliyyət mexanizmi, maliyyə strukturu və öhdəlikləri hələlik tam müəyyənləşdirilməyib.