19-dan 20-nə keçən gecə...20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində azadlıq və müstəqillik uğrunda mübarizənin ən qanlı səhifələrindən biri kimi yadda qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi hərbi müdaxilə nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.

20 YANVAR

Bu gün arzumuzun azadlıq günü,

Bu gün azadlığın zurvə günüdür.

Ulu babaların səpdiyi dəni,

Göyərdən millətin zərbə günüdür.


Bu gün min illərlə gələn yollarıın,

Sabaha açılan hür qapısıdır.

Haqqını istəyən mərd oğulların,

Şərəflə keşdiyi nur qapısıdır.


Bu gün yer üzündə ən qədim xalqın,

Özünə yenidən dönüm anıdır.

Vətəni canından çox sevənlərin,

Vətən qarşısında imtahanıdır.


Bu gün hüzün günü, qəm günü deyil,

Fəxarət günüdür, qürur günüdür.

Xalqın varlığını təsdiq eləyən,

Şərafət günüdür, möhür günüdür.


Bu gün öz qanıyla yazdı bu millət,

Ən yeni tarixin salnaməsini.

Ucaldı müqəddəs şəhidləriylə,

Çatdırdı dünyaya haqqın səsini.


Bu gün azadlığın, müstəqilliyin,

Qan ilə yazılmış təməl günüdür.

Ölümün üzünə dik baxa-baxa,

Özgür yaşamağın bədəl günüdür.


Bu gün ürəklərdən qorxunun, xofun,

Ölümün əliylə çıxan günüdür.

Millətin divləri, əjdahaları,

Birliyin gücüylə yıxan günüdür