Pekin Venesuelada keçirilən ABŞ xüsusi əməliyyatı və Nikolas Maduronun qaçırılması ilə bağlı Rusiyanı tənqid edib. Çin tərəfi bunu “unutmayacaq” bir rüsvayçılıq kimi qiymətləndirir və Moskvanı müttəfiqini əvvəlcədən xəbərdar etməməkdə günahlandırır.
Postxronika.az xəbər verir ki, ABŞ əməliyyatı zamanı Rusiyanın S-300 və Buk-M2 hava hücumundan müdafiə sistemləri işləməyib, həmçinin rus diplomatları Karakasdan əvvəlcədən təxliyə olunub. Müdaxilənin qaçılmaz olduğunu bilən Moskva isə Pekini məlumatlandırmayıb.
Bildirək ki, Çin bu vəziyyəti Rusiyanın müttəfiq kimi etibarlılığına şübhə kimi qiymətləndirir və iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı suallar yaradıb.